London Sammiti başladı - FOTO

London Sammiti başladı - FOTO

Hazırda oxunan: London Sammiti başladı - FOTO

237340

London Sammiti başlayıb.

Bizim.Media “The Guardian“a istinadən xəbər verir ki, London Sammitində Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Baş naziri Olaf Şolts, İtaliya Baş naziri Giorgia Meloni, Ukrayna Prezidenti Volodomir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Türkiyə xarici işlər naziri Hakan Fidan, Kanada Baş naziri Castin Trüdo, İspaniya Baş naziri Pedro Sançes, Danimarka Baş naziri Mette Frederiksen, Norveç Baş naziri Yonas Qar Stere, Niderland Baş naziri Dik Sxoof, İsveçin Baş naziri Ulf Kristersson, Rumıniya Prezidentinin səlahiyyətlərini icra edən İlie Boloyan, Çexiya Baş naziri Petr Fiala, NATO Baş katibi Mark Rutte, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Polşa Baş naziri Donald Tusk iştirak edir.
 

Antonio Kosta sammitin məqsədinin Avropanın müdafiəsini gücləndirmək və Ukraynada davamlı sülh üçün şərait yaratmaq olduğunu bildirib.


Tədbir ərəfəsində deyilib ki, müzakirələrin əsas mövzusu Ukraynanın mövqeyinin gücləndirilməsi, o cümlədən Kiyevə hərbi təchizat və Rusiyaya iqtisadi təzyiqlərin artırılması olacaq.

Xatırladaq ki, sammitdən bir gün öncə Starmer iqamətgahında Zelenskini qəbul etmişdi. Martın 2-də, bazar günü, səhər isə Böyük Britaniyanın hökumət başçısı italiyalı həmkarı Corca Meloni ilə ikitərəfli danışıqlar aparmışdı.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO