Aleksandar Vuçiç: “Serbiya ölkəmizi məhv etmək istəyən şəri məğlub edəcək”

Aleksandar Vuçiç: “Serbiya ölkəmizi məhv etmək istəyən şəri məğlub edəcək”

Hazırda oxunan: Aleksandar Vuçiç: “Serbiya ölkəmizi məhv etmək istəyən şəri məğlub edəcək”

237308

“Serbiya ölkəmizə kənardan hücum edən və onu məhv etmək istəyən şər qüvvələrə tab gətirəcək və məğlub edəcək”.

Bizim.Media xəbər verir ki, bunu Prezidenti Aleksandar Vuçiç ölkənin şərqindəki Krepolyina şəhərində vətəndaşlarla görüşündə deyib.
 

“Müxtəlif qüvvələr Serbiyaya qarşı mübarizədə birləşib. Ötən üç aydakı nümayişlər, hərəkətsizlik və blokadalar Serbiya iqtisadiyyatını məhv etdi. Biz bunun öhdəsindən gələcəyik, Serbiyanı ayağa qaldıracağıq. İnanıram ki, Serbiya bu il bütün Avropada artım tempinə görə ilk üç ölkədə olacaq. Bizə sağlam, dinamik işləyən və gələcəyə baxan Serbiya lazımdır”, - deyə ölkə başçısı bildirib.


Xatırladaq ki, ötən gündən Serbiyada tələbələr başda olmaqla minlərlə insan ölkənin üçüncü böyük şəhəri olan Nişdə etiraz aksiyası keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO