İngilis dili ABŞ-ın rəsmi dili ELAN EDİLDİ

İngilis dili ABŞ-ın rəsmi dili ELAN EDİLDİ

Hazırda oxunan: İngilis dili ABŞ-ın rəsmi dili ELAN EDİLDİ

237245

İngilis dili ABŞ-ın rəsmi dili elan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp fərman imzalayıb.
 

Tramp keçmiş prezident Bill Klintonun ingilis dilini zəif bilən insanlara dövlət xidmətlərinin göstərilməsini məcbur edən sərəncamını ləğv edib.


"İngilis dilinin rəsmi dil kimi tanınması təkcə ünsiyyəti asanlaşdırmayacaq, həm də ümumi milli dəyərləri gücləndirəcək və daha vahid və effektiv cəmiyyət yaradacaq", - fərmanda deyilir.

Qeyd edək ki, artıq 30-dan çox ştat ingilis dilini rəsmi dil kimi tanıyıb. Federal səviyyədə ilk dəfə olaraq ABŞ-ın rəsmi dili təsdiq edilib.

Xatırladaq ki, yanvar ayında Donald Trampın andiçmə mərasimindən sonra Ağ Ev rəsmi internet saytının ispandilli versiyasını ləğv edib.

Qeyd edək ki, dünyada 67 müstəqil ölkədə dövlət dili ingilis dilidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO