Alman nazirdən ÇAĞIRIŞ: “Ukrayna üçün hərtərəfli Avropa maliyyə sazişi razılaşdırılmalıdır”

Alman nazirdən ÇAĞIRIŞ: “Ukrayna üçün hərtərəfli Avropa maliyyə sazişi razılaşdırılmalıdır”

Hazırda oxunan: Alman nazirdən ÇAĞIRIŞ: “Ukrayna üçün hərtərəfli Avropa maliyyə sazişi razılaşdırılmalıdır”

237230

“Bundestaq dərhal 3 milyard avro yardım etməlidir. Avropa İttifaqının cümə axşamı keçiriləcək sammitində Ukrayna üçün “hərtərəfli Avropa maliyyə sazişi” razılaşdırılmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Oval Kabinetdəki qalmaqalla bağlı açıqlamasında deyib.

Nazir Avropadan dərhal Ukraynaya daha çox yardım göstərməyi tələb edib: “Almaniya Fransa, Böyük Britaniya və Polşa ilə əl-ələ verməlidir. Aramızda zərrə qədər də boşluq olmamalıdır”.

O qeyd edib ki, Almaniyada əlavə vəsaitin ayrılması üçün “borc əyləcinin əsaslı islahatı” təcili müzakirə olunmalıdır: “Almaniya gözləyə bilməz. Dünya bizə, xüsusən də Avropaya baxır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO