“Zelenski Putini tənqid etməyi dayandırmalı və sülh istəyini bəyan etməlidir”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp ötən gün Ukrayna lideri Volodimir Zelenski ilə gərgin keçən danışıqlar sonra Ağ Evin qarşısına toplaşan jurnalistlərə açıqlamasında bildirib.
“Zelenski danışıqların bərpası üçün yalnız “sülh” deməlidir, “Putin elə, Putin belə” daha başqa neqativ fikirlər səsləndirməyi dayandırmalıdır.
Lakin görünür Ukrayna prezidenti öz imkanlarını həddən artıq qiymətləndirir və Rusiya ilə barışmağa çalışan adama oxşamır”, - Tramp qeyd edib.
ABŞ lideri hesab edir ki, Vaçinqtonun dəstəyi ilə o, mühüm fiqur olub, lakin Vaşinqtonsuz qalib gələ bilməyəcək.
Xatırladaq ki, fevral ayının 28-də Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp arasında görüş keçirilib. Onların təbii sərvətlər müqaviləsi və gələcək yardımlar mövzusunda müzakirəsi zamanı gərginlik yaşanıb. Ukrayna prezidenti Volodimir Zelenski Trampın istəyi ilə Ağ Evi tərk edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:37 / 01.03.2025
Tramp ŞƏRTİNİ AÇIQLADI: Zelenski danışıqların bərpası üçün "Putin" yox “sülh” deməlidir" - VİDEO
Hazırda oxunan: Tramp ŞƏRTİNİ AÇIQLADI: Zelenski danışıqların bərpası üçün "Putin" yox “sülh” deməlidir" - VİDEO
Hazırda oxunan: Tramp ŞƏRTİNİ AÇIQLADI: Zelenski danışıqların bərpası üçün "Putin" yox “sülh” deməlidir" - VİDEO
237189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.