Fevralın 28-i Ağ Evdə Ukrayna və ABŞ prezidentləri üçün təşkil edilən nahar Ukrayna prezidenti Volodimir Zelenskisiz keçib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin Sosial Media Direktoru Dan Skavino "X" hesabında yazıb.
O bildirib ki, Tramp naharda boş qalmış stollar üçün əlavə nümayəndələr dəvət edib.
"ABŞ prezidenti Donald Tramp və onun böyük komandasının naharı 13:30-da baş tutdu və prezident bəzi boş oturacaqlarda oturmaq üçün "qərb qanadı"ndan nümayəndələr dəvət etdi".
Bundan başqa iki prezident arasında gərginlikdən sonra Ağ Evdə baş verənlər haqqında "X" hesabında paylaşım edən CNN-nin müxbiri Kaitlan Kollins də ukraynalılar yemək yemədən oranı tərk etdiklərini qeyd edib:
"Adətən danışıqlardan sonra nahar üçün yenidən toplaşırlar. Ancaq ukraynalılar Ağ Evdə nahar etməyəcəkdilər. Hazırlanmış yeməklər yaxınlıqda dəhlizdə arabalarda gözlədiyi vaxt ukraynalılara getmələri tapşırılıb".
Xatırladaq ki, fevral ayının 28-də Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp arasında görüş keçirilib. Onların təbii sərvətlər müqaviləsi və gələcək yardımlar mövzusunda müzakirəsi zamanı gərginlik yaşanıb. Ukrayna prezidenti Volodimir Zelenski Trampın istəyi ilə Ağ Evi tərk edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Dünya
10:34 / 01.03.2025
Ukrayna və ABŞ prezidentləri üçün təşkil edilən nahar Zelenskisiz keçib - FOTO
Hazırda oxunan: Ukrayna və ABŞ prezidentləri üçün təşkil edilən nahar Zelenskisiz keçib - FOTO
Hazırda oxunan: Ukrayna və ABŞ prezidentləri üçün təşkil edilən nahar Zelenskisiz keçib - FOTO
237120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.