"Telegram"dan istifadəçiləri üçün yeni FUNKSİYA

"Telegram"dan istifadəçiləri üçün yeni FUNKSİYA

Hazırda oxunan: "Telegram"dan istifadəçiləri üçün yeni FUNKSİYA

237112

"Telegram" yaxın zamanda yeni dialoq açan istifadəçilər barədə daha ətraflı məlumat göstərən funksiyanı istifadəyə verməyə hazırlaşır.

Bizim.Media "Telegram Info" kanalına istinadən xəbər verir ki, bu yeniliyin nəticəsində istifadəçilər qarşı tərəfin telefon nömrəsinin qeydiyyatdan keçdiyi ölkəni, hesabın yaradıldığı ay və ili, ortaq qrupların siyahısını və sayını, həmçinin istifadəçinin təsdiq statusunu görə biləcəklər.

Məlumata görə, bu funksiya "Android" üçün "Telegram"ın 11.8 versiyasında aşkar edilib. "Telegram"ın qurucusu Pavel Durov bu funksiyanı 2024-cü ilin iyul ayında elan etmişdi.

Yeniliyin əsas məqsədi dələduzluqla mübarizəni gücləndirmək və platformanın istifadə rahatlığını artırmaqdır. Hazırda funksiya yalnız "beta" versiyasında mövcuddur və rəsmi buraxılış zamanı bəzi dəyişikliklər edilə bilər. Lakin adətən "Telegram"ın açıq beta versiyalarında artıq son sınaq mərhələsində olan həllər təqdim edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO