Rusiyanın Cənub Dairəsi Hərbi Məhkəməsi rusiyalı qadın hərbçi Tatyana Kuzmenkoya xəyanət iddiası ilə 8 il həbs cəzası verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Interfax agentliyi yayıb.
Mənbə yazır ki, 2009-cu il təvəllüdlü övladı 14 yaşına çatana qədər ona möhlət verilib.
Kuzmenko dövlət sirləri olan məlumatları Ukrayna hərbi kəşfiyyatına ötürməkdə təqsirli bilinir.
Ona cəza 3 iyun tarixində verilib. Rəsmi olaraq Kuzmenkoya qarşı cinayətın planı barədə heç bir məlumat verilməyib.
Şahidlərin dindirilməsi zamanı dövlət ittihamçısı şübhəliyə 12 il həbs cəzası istəyib.
Məhkəmə işə xüsusi qaydada - dəlillər araşdırılmadan baxıb. Bu da onun təqsirli olduğu anlamına gəlir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:33 / 05.06.2021
Rusiyalı qadın hərbçi sirləri Ukraynaya satıb? - DETALLAR
Hazırda oxunan: Rusiyalı qadın hərbçi sirləri Ukraynaya satıb? - DETALLAR
Hazırda oxunan: Rusiyalı qadın hərbçi sirləri Ukraynaya satıb? - DETALLAR
23696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.