Azərbaycanlı bloqer Rusiya vətəndaşlığından çıxarıldı - 70 illik QADAĞA

Azərbaycanlı bloqer Rusiya vətəndaşlığından çıxarıldı - 70 illik QADAĞA

Hazırda oxunan: Azərbaycanlı bloqer Rusiya vətəndaşlığından çıxarıldı - 70 illik QADAĞA

236955

Rusiyada yaşayan azərbaycanlı bloqer Subo (əsl adı - Sübhan Məmmədov Murad oğlu) özü haqqında yalan məlumat verdiyinə görə Rusiya vətəndaşlığından məhrum edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
 

“Araşdırma zamanı məlum olub ki, Sübhan Murad oğlu Məmmədov Rusiya vətəndaşlığını qəbul edərkən özü haqqında yalan məlumat verib. Bununla əlaqədar o, Rusiya vətəndaşlığından məhrum edilib”, - agentliyin mənbəsi qeyd edib.


“Lenta.ru”nun məlumatına görə isə bloqerin 70 il müddətinə Rusiyaya girişi də qadağan edilib.

Qeyd edək ki, 25 yaşlı bloqer Subonun İnstaqramda 13,5 milyon izləyicisi var. O, hələ də Azərbaycan vətəndaşlığını saxlayır. Bloqerin hazırda BƏƏ-də olduğu bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO