Mərakeş kralı VI Məhəmməd iqlim dəyişikliyi və iqtisadi amillərdən yaranan quraqlıq səbəbindən bu il ölkədə qurban kəsilməməsi ilə bağlı xalqa çağırış edib.
Bizim.Media xəbər verir ki, o, Mərakeş xalqı adından bu ayini özü yerinə yetirəcəyini açıqlayıb.
Kral çağırışını Mərakeşin dini işlər və vəqflər naziri Əhməd əl-Tevfik ölkənin dövlət televiziyasında səsləndirilib.
Müraciətdə deyilir ki, ölkədə iqlim və iqtisadi çətinliklər müşahidə olunur və bu, mal-qaranın sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Çağırışda bu kontekstdə qurban kəsmənin öz imkanları daxilində yerinə yetirilməli olan güclü bir sünnə olduğu vurğulanaraq, hazırkı çətin şəraitdə bu mərasimin icrasının yoxsullar, xüsusilə də ehtiyacı olanlar üçün böyük yük ola biləcəyinə diqqət çəkilir.
Qeyd edək ki, Mərakeşdə qurban kəsməkdən imtina edilməsi ilk dəfə deyil. 1963, 1981 və 1996-cı illərdə də oxşar qərarlar qəbul edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:49 / 27.02.2025
Qurban kəsmək qadağan olunur - Xalqa ÇAĞIRIŞ/FOTO
Hazırda oxunan: Qurban kəsmək qadağan olunur - Xalqa ÇAĞIRIŞ/FOTO
Hazırda oxunan: Qurban kəsmək qadağan olunur - Xalqa ÇAĞIRIŞ/FOTO
236841
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.