“Paşinyan qayğısız yaşayır, düşmən isə burnumuzun altındadır” – Erməni POLİTOLOQ

“Paşinyan qayğısız yaşayır, düşmən isə burnumuzun altındadır” – Erməni POLİTOLOQ

Hazırda oxunan: “Paşinyan qayğısız yaşayır, düşmən isə burnumuzun altındadır” – Erməni POLİTOLOQ

23682

Səyləri və uğursuzluqları ilə ölkəni müharibəyə cəlb edən adam danışıqlardan söz açır.

Bizim.Media xəbər verir ki, bu barədə "Xenaket" analitik mərkəzinin direktoru, politoloq Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“Nikol Paşinyan danışıqlar, Qarabağ və münaqişə barədə danışır. Hansı üzlə, hansı mənəvi haqqla?

Bu adam davamlı səyləri və uğursuzluqları ilə ölkəni müharibəyə sürüklədi, nəticədə Qarabağın 75% -ni verdi. Azərbaycanlılar bir sıra sərhəd bölgələrini (Geğarkunik və Sünik) ələ keçirdi, 5000 soydaşımız öldürüldü. Və hələ də danışır?

Hərbçilərimiz öz ərazimizdən əsir götürülür, bu isə hələ də danışır. Qarabağı bu vəziyyətdə və oxşar sərhədlərdə gördükdə nə hiss etdiyimizi o, hiss edə bilməz.

Düşmən onun icazəsi ilə burnumuzun altında mövqeyini gücləndirəndə Nikol Paşinyan qayğısız yaşayır”, deyə o, qeyd edib.

Özünü “politoloq” adlandıran Tiqran Abramyana xatırladırıq ki, nəinki Qarabağın 75 faizi, bütövlükdə o bölgə Azərbaycanın qədim torpaqlarıdır. Paşinyan da yəqin bunu dərk etdiyindən uduzmağı adi bir şey kimi anlayıb və qayğısız yaşamağına davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO