Məşhur iş qadını evində ÖLÜ TAPILDI – FOTO

Məşhur iş qadını evində ÖLÜ TAPILDI – FOTO

Hazırda oxunan: Məşhur iş qadını evində ÖLÜ TAPILDI – FOTO

236814

Türkiyənin məşhur iş qadını və qolf oyunçusu Beyhan Benardete Bodrumdakı evində ölü tapılıb.

Bizim.Media xəbər verir ki, Çamlık məhəlləsindəki evində tək yaşayan 60 yaşlı Benardetenin yaxınları ondan xəbər ala bilməyib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Hadisə yerinə gedən polis əməkdaşları ilə təcili tibbi yardım briqadası evə daxil olub və yerdə hərəkətsiz vəziyyətdə tapılan Benardetenin öldüyünü müəyyən ediblər.

İlkin müayinədə Benardetenin bədənində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Benardetenin cəsədi ilk yarılma əməliyyatlarının ardından Muğla Ədliyyə Tibb Qurumuna göndəriləcək.

Qeyd edək ki, Beyhan Benardete Türkiyə millisinin sabiq qolfçusu olub və bir çox yarışlarda aktiv şəkildə iştirak edib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO