Qırğızıstan və Tacikistan hərbçiləri sərhəddən geri çəkilir - Razılığa gəldilər

Qırğızıstan və Tacikistan hərbçiləri sərhəddən geri çəkilir - Razılığa gəldilər

Hazırda oxunan: Qırğızıstan və Tacikistan hərbçiləri sərhəddən geri çəkilir - Razılığa gəldilər

23677

Qırğızıstan və Tacikistan ortaq sərhəddə meydana gəlmiş gərginliyin sülh yolu ilə nizamlanması və sərhəd qoşunları xaricində bütün hərbi birliklərin geri çəkilməsinə dair razılığa gəliblər.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan və Tacikistanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə Dövlət Komissiyasının iclasının ardından imzalanan protokolda qeyd olunub.

Bildirilib ki, Komissiyanın həmsədrləri - Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik Komitələrinin rəhbərləri, Kamçibek Taşiyev və Saymumin Yatimov Karamık sərhəd məntəqəsinin yerləşdiyi ərazidəki vəziyyəti müzakirə ediblər və onlar yekdilliklə bütün məsələlərin sülh yolu ilə həllini vurğulayıblar.

İmzalanan protokolda bildirilib ki, hər iki tərəfdən 3 km daxilə sərhəd zastavalarının geri çəkilməsi, həmçinin hərbi hissələrin və hərbi texnikanın geri çəkilərək daimi yerlərinə qaytarılması, yalnız müntəzəm sərhəd keşikçilərinin qalmasına dair qərar qəbul edilib.

Xatırladaq ki, aprelin 28-də Tacikistan və Qırğızıstan sərhəddində sakinlər arasında qarşıdurma meydana gəlmiş və bu qarşıdurma aprelin 29-da iki ölkənin hərbçiləri arasında silahlı toqquşmalara çevrilmişdi. Nəticədə hər iki tərəfdə itkilər qeydə alınmışdı.

Daha sonra iki ölkənin rəsmiləri arasında yüksək səviyyəli danışıqlar aparıldıqdan sonra qarşıdurmaya son vermək və qoşunların geri çəkilməsi ilə bağlı ortaq bəyanat imzalanıb. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO