Əlcəzair Fransa ilə əlaqələri kəsdi

Əlcəzair Fransa ilə əlaqələri kəsdi

Hazırda oxunan: Əlcəzair Fransa ilə əlaqələri kəsdi

236769

Əlcəzair Xalq Şurası (parlamentin yuxarı palatası) çərşənbə günü Fransa Senatı ilə əlaqələrin dərhal dayandırıldığını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Algerie360" məlumat yayıb.

Bildirilib ki, qərar bu həftə Fransa Senatının sədri Jerar Larşenin Mərakeş iqtidarının nəzarətində olan Sahara şəhəri Əl-Ayuna səfərinə cavab olaraq qəbul edilib.

Qeyd edək ki, ötən ilin iyul ayında Əlcəzair hökuməti Fransadakı səfirini geri çağırıb. Qərar Parisin Mərakeşin Qərbi Saharaya muxtariyyət verilməsi planını münaqişənin həlli üçün yeganə əsas kimi tanımasından sonra qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO