“Əgər bir şeyi izah etməyə ehtiyac varsa, o zaman onu izah etmək lazım deyil”. Bu misaldan yola çıxaraq, britaniyalı musiqiçilər heç bir not ifa etmədən albom buraxıblar.
Bizim.Media xəbər verir ki, bu “kollektiv susqunluq” siyasi mövqe ifadə etmək məqsədi daşıyır.
Bizim istədiyimiz budurmu? adlı albomun ərsəyə gəlməsində Deymon Albarn, Kate Buş, Enni Lennoks, Ed O'Brien (Radiohead), Tori Amos, The Clash, Billy Ocean, Jamiroquai və bir çox başqaları kimi məşhur ifaçılar iştirak ediblər.
Bu albomu dinləmək asan deyil, çünki orada nəinki melodiya, ümumiyyətlə heç nə eşitmək mümkün deyil. Albom hər biri bir sükut parçası olan 12 trekdən ibarətdir.
Müəlliflərin izah etdiyi kimi, bu albom süni intellekt və müəllif hüquqları sahəsində Britaniya siyasətinə qarşı bəyanatdır. Belə ki, 2024-cü ilin sonunda Britaniya hökuməti qanunvericiliyə nəticənin mövcud işlərə bənzəyib-bənzəməməsindən asılı olmayaraq, hər bir musiqiçiyə yeni yaradıcı məhsullar yaratmaq üçün süni intellektdən istifadə etməyə icazə verən dəyişikliklər təklif edib. Bu isə britaniyalı musiqiçilərin etirazına səbəb olub.
Musiqiçilər izah edirlər ki, neyron şəbəkələr hər hansı bir şey yaratmazdan əvvəl mövcud əsərlər üzərində “məşq edir”, yəni mahiyyət etibarı ilə başqasının yaradıcılığından “ilhamlanırlar” (yaxud onu oğurlayırlar).
Qeyd edək ki, “sükut albomu” tarixdə ilk buraxılış deyil. Susqunluğun musiqiyə çevrildiyi ilk belə nümunə Con Keycin “4:33” əsərini göstərmək olar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:37 / 26.02.2025
Susqunluğun musiqiyə çevrildiyi ALBOM: Mindən çox musiqiçinin “lal-kar” kompozisiyası - FOTO
Hazırda oxunan: Susqunluğun musiqiyə çevrildiyi ALBOM: Mindən çox musiqiçinin “lal-kar” kompozisiyası - FOTO
Hazırda oxunan: Susqunluğun musiqiyə çevrildiyi ALBOM: Mindən çox musiqiçinin “lal-kar” kompozisiyası - FOTO
236715
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.