Ukraynada prezident seçkiləri müharibə bitdikdən sonra keçiriləcək

Ukraynada prezident seçkiləri müharibə bitdikdən sonra keçiriləcək

Hazırda oxunan: Ukraynada prezident seçkiləri müharibə bitdikdən sonra keçiriləcək

236471

Ukraynada prezident seçkiləri müharibə bitdikdən və möhkəm sülh təmin edildikdən sonra elan ediləcək.

Bizim.Media Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ali Radasının bəyanatında bildirilib.

Bəyanatda xüsusilə qeyd olunur ki, Ukrayna Ali Radası və Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq müşahidəçilərin dəvəti ilə azad, şəffaf, demokratik seçkilər nəticəsində seçiliblər:

“Bu seçkilər bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Hərbi vəziyyət dövründə seçkilər təşkil edilərsə və keçirilərsə, seçki hüququnun bütün milli və beynəlxalq prinsiplərinə əməl olunmayacaq. Belə olan halda, həmin seçkilər 2024-cü ilin martında Rusiyada keçirilən seçkilərə bənzəyəcək.

Ukrayna Ali Radası vurğulayır ki, bu gün Ukraynada beynəlxalq müşahidəçilərin dəvəti ilə azad, şəffaf və demokratik seçkilərin təşkilinin qeyri-mümkün olmasına görə məsuliyyəti məhz Vladimir Putin daşıyır.

Ukrayna Ali Radası bəyan edir ki, Ukraynada tətbiq edilən hərbi vəziyyət ölkə konstitusiyasına uyğun olaraq seçkilərin keçirilməsinə imkan vermir. Eyni zamanda, Ukrayna xalqı belə seçkilərin müharibə başa çatdıqdan sonra keçirilməli olmasında həmrəydir.

Ukrayna Ali Radası Ukrayna xalqı adından bəyan edir ki, Ukrayna demokratik ölkə kimi öz ərazisində hərtərəfli, ədalətli və davamlı sülh təmin olunan kimi, seçkilərin keçirilməsini elan edəcək və seçkilərin bütün beynəlxalq standartlara uyğun təşkilini təmin edəcək”.

Bəyanatda həmçinin bildirilir ki, prezident Volodimir Zelenskinin mandatı Ukrayna xalqı və Ali Rada tərəfindən şübhə altına alınmır:

“Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Konstitusiyasının 108-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, Ukraynanın yeni seçilmiş prezidenti vəzifəsinin icrasına başlayana qədər öz səlahiyyətlərini həyata keçirməlidir”, - bəyanatda deyilir.

Xatırladaq ki, Volodimir Zelenski bir neçə gün əvvəl mətbuat konfransında Ukraynada müharibə şəraitində seçkilərin keçirilməsinin mümkün olmadığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO