Ukraynada müharibə dövründə prezident seçkilərinin keçirilməməsi ilə bağlı bəyanata Ali Radanın cəmi 218 deputatı səs verib.
Bizim.Media “Ukrainski Pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatları Yaroslav Jeleznyak , Aleksey Qonçarenko məlumat verib.
Belə ki, Ukrayna ərazisində "hərtərəfli, ədalətli və davamlı sülh təmin olunan kimi" prezident seçkilərinin elan ediləcəyini bildirən bəyanat Ali Radada tələb olunan 226 səsi toplaya bilməyib.
Qeyd edək ki, sözügedən bəyənat Ukraynada Prezident seçkilərinin sülh təmin olunandan sonra keçirilməsinə dəstək mahiyyəti daşıyıb. Lakin Ali Radanın deputatları sözügedən bəyanata etimad göstərməyiblər. 13039 saylı müvafiq qətnamənin lehinə cəmi 218 deputat səs verib. Beləliklə, Ali Rada Zelenskinin legitimliyini şübhə altına alıb.
Məlumat üçün bildirək ki, bəyanatda xüsusilə qeyd olunur ki, Ukrayna Ali Radası və Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq müşahidəçilərin dəvəti ilə azad, şəffaf, demokratik seçkilər nəticəsində seçiliblər:
“Bu seçkilər bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Hərbi vəziyyət dövründə seçkilər təşkil edilərsə və keçirilərsə, seçki hüququnun bütün milli və beynəlxalq prinsiplərinə əməl olunmayacaq. Belə olan halda, həmin seçkilər 2024-cü ilin martında Rusiyada keçirilən seçkilərə bənzəyəcək.
Ukrayna Ali Radası vurğulayır ki, bu gün Ukraynada beynəlxalq müşahidəçilərin dəvəti ilə azad, şəffaf və demokratik seçkilərin təşkilinin qeyri-mümkün olmasına görə məsuliyyəti məhz Vladimir Putin daşıyır.
Ukrayna Ali Radası bəyan edir ki, Ukraynada tətbiq edilən hərbi vəziyyət ölkə konstitusiyasına uyğun olaraq seçkilərin keçirilməsinə imkan vermir. Eyni zamanda, Ukrayna xalqı belə seçkilərin müharibə başa çatdıqdan sonra keçirilməli olmasında həmrəydir.
Ukrayna Ali Radası Ukrayna xalqı adından bəyan edir ki, Ukrayna demokratik ölkə kimi öz ərazisində hərtərəfli, ədalətli və davamlı sülh təmin olunan kimi, seçkilərin keçirilməsini elan edəcək və seçkilərin bütün beynəlxalq standartlara uyğun təşkilini təmin edəcək”.
Bəyanatda həmçinin bildirilir ki, prezident Volodimir Zelenskinin mandatı Ukrayna xalqı və Ali Rada tərəfindən şübhə altına alınmır:
“Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Konstitusiyasının 108-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, Ukraynanın yeni seçilmiş prezidenti vəzifəsinin icrasına başlayana qədər öz səlahiyyətlərini həyata keçirməlidir”, - bəyanatda deyilir.
Xatırladaq ki, Volodimir Zelenski bir neçə gün əvvəl mətbuat konfransında Ukraynada müharibə şəraitində seçkilərin keçirilməsinin mümkün olmadığını bildirmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:50 / 24.02.2025
Zelenski ÇƏTİN DURUMDA – Ali Rada Ukrayna prezidentinin legitimliyinə QARŞI ÇIXDI - FOTO
Hazırda oxunan: Zelenski ÇƏTİN DURUMDA – Ali Rada Ukrayna prezidentinin legitimliyinə QARŞI ÇIXDI - FOTO
Hazırda oxunan: Zelenski ÇƏTİN DURUMDA – Ali Rada Ukrayna prezidentinin legitimliyinə QARŞI ÇIXDI - FOTO
236327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.