Ərdoğan onlara partiyada yüksək vəzifə verdi - Yeni ADLAR

Ərdoğan onlara partiyada yüksək vəzifə verdi - Yeni ADLAR

Hazırda oxunan: Ərdoğan onlara partiyada yüksək vəzifə verdi - Yeni ADLAR

236165

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) 8-ci Böyük Qurultayında mühüm təşkilati dəyişikliklər baş tutub.

Bizim.Media xəbər verir ki, qurultayda partiyanın Mərkəzi İdarəetmə və Nəzarət Qurumu (MKYK) yenilənib və onun tərkibində ciddi dəyişikliklər edilib.

AK Partiya sədri Rəcəb Tayyib Ərdoğanın sədr seçilməsindən sonra partiyanın nizamnaməsində dəyişiklik edilib, əvvəl 16 nəfərdən ibarət olan Mərkəzi İcra Komitəsinin (MYK) üzvlərinin sayı 19-a yüksəldilib.

MKYK-ya 39 yeni üzv daxil olub, 36 nəfər isə siyahıdan çıxarılıb. Bu dəyişikliklə partiyanın idarə heyətinin yarıdan çoxu yenilənmiş olub.

Qurultayda diqqətçəkən məqamlardan biri də digər partiyalardan AK Partiyaya yeni qoşulan millət vəkillərinin dərhal MKYK-ya daxil edilməsi olub.

Bunlar arasında sabiq baş nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi Gələcək Partiyasından ayrılan və konstitusiya hüququ üzrə professor olan Antalya millət vəkili Serap Yazıcı Özbudun və keçmiş İYİ Partiya sözçüsü Kürşat Zorlu xüsusi diqqət çəkib.

Partiyanın yeni siyahısında tanınmış siyasi və ictimai simaların övladları da yer alıb.

Keçmiş futbolçu Məsut Özil, ifaçı Mahmud Tuncerin oğlu Umut Tuncer və şair Abdurrahim Karakoçun oğlu Türk İslam Karakoç da MKYK siyahısına daxil edilən adlar sırasındadır.

Keçmiş TBMM sədri Bülənt Arınçın oğlu Mücahit Arınç, keçmiş Ankara meri Melih Gökçekin oğlu Osman Gökçek və keçmiş ANAP və CHP millət vəkili Aydın Ayaydının qızı Derya Ayaydın da MKYK-nın yeni üzvləri arasında yer alıb.

Bundan əlavə, keçmiş İYİ Partiya millət vəkili Salim Ensarioğlu da AK Partiyaya qatılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO