“Ukrayna NATO-nun üzvü olmayacaq. O, yenidən Rusiya ilə Şimali Atlantika Alyansı arasında bufer zonaya çevriləcək”.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə ötən ilin yekunlarına və hökumətin gələcək üçün prioritetlərinə hısr olunan tədbirdə çıxış edərkən bildirib.
Ukraynadakı münaqişəni şərh edən Orban qeyd edib ki, müharibə ölkənin özü üzərində deyil, NATO ilə Rusiya arasında qarşıdurma zonası olan və hazırda NATO-nun nəzarətində olan əraziləri üzərində gedir:
"Niyə avropalı və amerikalı liberalların rusların dayanıb buna baxacağını düşündükləri sirr olaraq qalır. Onların cəhdinin uğursuz olduğu artıq bəllidir. Ukrayna və ondan qalanlar yenidən bufer zonaya çevriləcək. Ukrayna NATO-nun üzvü olmayacaq".
Macarıstanın baş naziri onu da qeyd edib ki, Ukrayna Macarıstanın maraqlarına zidd hərəkətlər etsə, heç vaxt Aİ-yə üzv olmayacaq.
Qeyd edək ki, daha əvvəl Orban bildirmişdi ki, Avropa İttifaqı rəhbərliyi Vaşinqtonun dəstəyini dayandırdıqdan sonra Kiyevə maliyyə yardımını müzakirə edir və Budapeştə bunun üçün hər il 500 milyon avro ayırmağı təklif edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:37 / 22.02.2025
“Ukrayna NATO-nun üzvü olmayacaq” - Orban
Hazırda oxunan: “Ukrayna NATO-nun üzvü olmayacaq” - Orban
Hazırda oxunan: “Ukrayna NATO-nun üzvü olmayacaq” - Orban
236031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.