Berlində İsrail səfirliyinə qarşı terror aktı hazırlayan Çeçenistan vətəndaşı saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə BILD məlumat yayıb.
Məlumata görə, şübhəli 18 yaşlı çeçen Əhməd E.-nin Berlindəki İsrail səfirliyinə “məktub tipli bomba” ilə hücum planlaşdırdığı iddia edilir.
Brandenburq Baş Prokurorluğunun məlumatına görə, gənc çeçen fevralın 20-də ölkəni tərk etmək istəyərkən hava limanında həbs edilib.
Nəşr qeyd edir ki, müstəntiqlər hədəfin Berlindəki İsrail diplomatik korpusu olduğunu bilsələr də, hücumun dəqiq tarixi barədə heç bir məlumata malik deyillər.
İstintaq zamanı Əhməd E.-nin partlayıcı qurğunun işə düşmədiyi təqdirdə səfirliyin yaxınlığında mümkün qədər çox insanı öldürməyi planlaşdırdığı da məlum olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:47 / 22.02.2025
İsrail səfirliyinə qarşı terror aktı hazırlayan çeçen SAXLANILDI
Hazırda oxunan: İsrail səfirliyinə qarşı terror aktı hazırlayan çeçen SAXLANILDI
Hazırda oxunan: İsrail səfirliyinə qarşı terror aktı hazırlayan çeçen SAXLANILDI
236010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.