Fevralın 24-də Avopa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiq edəcəklər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, yeni sanksiya paketinə Rusiyanın ən azı 48 fiziki və 35 hüquqi şəxsinin adı daxil ediləcək.
Qadağalara əsasən, hüquqi şəxslərə qarşı sanksiyalara onların Aİ-dəki aktivlərinin dondurulması daxildir. Fiziki şəxslərin ittifaq dövlətlərinin ərazisinə girişinə qadağa qoyulacaq.
Rusiyanın "kölgə donanması"na daxil olan 73 gəmiyə də sanksiyalar tətbiq ediləcək.
Həmçinin Aİ Rusiyadan ilkin alüminium idxalını, Rusiyaya xrom və bir sıra kimyəvi maddələrin ixracını, Rusiyanın qaz və neft emalı zavodlarına texniki xidmət göstərilməsini, Rusiya hərbçiləri tərəfindən pilotsuz uçuş aparatlarının idarə edilməsi üçün istifadə olunan oyun konsollarının, joystiklərin və uçuş simulyatorlarının idarəedicilərinin üçüncü şəxslər vasitəsilə Rusiyaya satışını qadağan edəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:15 / 21.02.2025
Aİ Rusiyaya qarşı Rusiyaya qarşı 16-cı sanksiyalar paketini TƏSDİQ EDƏCƏK
Hazırda oxunan: Aİ Rusiyaya qarşı Rusiyaya qarşı 16-cı sanksiyalar paketini TƏSDİQ EDƏCƏK
Hazırda oxunan: Aİ Rusiyaya qarşı Rusiyaya qarşı 16-cı sanksiyalar paketini TƏSDİQ EDƏCƏK
235899
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.