Orbandan XƏBƏRDARLIQ: “Avropa iqtisadiyyatı çökə bilər”

Orbandan XƏBƏRDARLIQ: “Avropa iqtisadiyyatı çökə bilər”

Hazırda oxunan: Orbandan XƏBƏRDARLIQ: “Avropa iqtisadiyyatı çökə bilər”

235860

Ukrayna münaqişəsinin həllinin mümkünlüyünə baxmayaraq, Macarıstanhökuməti yüksək enerji qiymətlərinin davam edəcəyindən və bunun Avropa iqtisadiyyatını çökdürəcəyindən qorxur.

Bizim.Media xəbər verir ki, bubarədə Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasında çıxışı zamanı deyib.

2024-cü ildə Avropa İttifaqına üzv ölkələrin rəqabət qabiliyyətlərininartırılması ilə bağlı Budapeşt Bəyannaməsinin qəbul edildiyin xatırladan Baş nazir onun əsasən neft və qaz qiymətlərinin aşağı salınması ilə bağlı tədbirlərinəzərdə tutduğunu vurğulayıb.
 

“Qorxuram ki, vədlərimiz yerinə yetirilməyəcək və enerji qiymətləri ucuzlaşmayacaq. Avropadayanacağın qiyməti artır və bu, iqtisadiyyatı məhv edəcək”, - deyə Viktor Orban
bildirib.


Macarıstanın hökumət başçısı Ukraynadakı münaqişənin həllində ilkaddımların sülhün əldə olunmasına ümid verdiyini və bunun qlobal iqtisadi vəziyyəti yaxşılaşdırmağa kömək edəcəyini vurğulayıb. O, eyni zamanda, Avropa İttifaqınınhazırkı liderlərinin bütün üzv ölkələrin maraqlarına uyğun effektiv siyasət həyata keçirə biləcəklərinə inanmadığını açıqlayıb. “Ola bilsin ki, sülh bütün Avropaiqtisadiyyatına müsbət təsir etsin, lakin mən Brüssel, Berlin və ya Parisdən Macarıstan iqtisadiyyatına müsbət təsir göstərə biləcək hər hansı idarəetmə qərarınıgözləmirəm”, – deyə Orban əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO