ABŞ Konqresinin respublikaçı üzvləri ölkənin BMT-dən çıxması ilə bağlı qanun layihəsi təqdim ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” nəşri məlumat yayıb.
Sözügedən qanun layihəsində BMT və onun nəzdindəki qurumların maliyyələşdirilməsinə son qoyulması da öz əksini tapıb.
“BMT tiranların platformasına, Birləşmiş Ştatlara və onun müttəfiqlərinə hücum yerinə çevrilib. Bunun üçün ödəniş etməyi dayandırmalıyıq. Prezident Donald Tramp Amerikanı birinci sıraya qoyaraq xarici siyasətimizdə inqilab etdiyi üçün biz millətimizin təhlükəsizliyini təmin edən real ittifaqlara üstünlük vermək üçün bu saxta təşkilatdan çıxmalıyıq”, - deyə respublikasçı senator Mayk Li bildirib.
Təşəbbüsü qanunverici orqanın aşağı palatasında təqdim etməyi planlaşdıran ABŞ nümayəndəsi Çip Roy BMT-ni fəaliyyətsizliyə görə tənqid edib:
“Ayrılan vəsaitlərə baxmayaraq, bu korrupsioner və qlobalist təşkilat onilliklər ərzində müharibələrin, soyqırımların, insan hüquqlarının pozulmasının və hətta pandemiyaların qarşısını ala bilməyib".
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:11 / 21.02.2025
ABŞ BMT-dən çıxmağa HAZIRLAŞIR
Hazırda oxunan: ABŞ BMT-dən çıxmağa HAZIRLAŞIR
Hazırda oxunan: ABŞ BMT-dən çıxmağa HAZIRLAŞIR
235828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.