“Biz olmasaq, nə Ukrayna, nə də Zelenski olardı” – ABŞ-ın vitse-prezidenti - VİDEO

“Biz olmasaq, nə Ukrayna, nə də Zelenski olardı” – ABŞ-ın vitse-prezidenti - VİDEO

Hazırda oxunan: “Biz olmasaq, nə Ukrayna, nə də Zelenski olardı” – ABŞ-ın vitse-prezidenti - VİDEO

235787

“Ukrayna prezidenti Vladimir Zelenski səxavətinə görə Birləşmiş Ştatlara təşəkkür etməlidir. 

Bizim.Media “Daily Mail”ə istinadən xəbər verir ki, bu sözləri ABŞ vitse-prezidenti J.D.Vens deyib.

“ABŞ olmasaydı, nə Zelenski, nə də Ukrayna mövcud olardı", - deyə Vens bildirib.
 

O vurğulayıb ki, Trampın mövqeyi Zelenskinin iddia etdiyi kimi Rusiyadan gələn “dezinformasiya”ya əsaslanmır. 


"Tramp, məncə, geosiyasəti çox yaxşı başa düşür və o, çox uzun müddətdir güclü mövqeyə malikdir", - Vens deyib.

“Zelenskiyə Tramp və xalqı ilə necə münasibət qurmaq barədə “pis məsləhətlər” verilib və son üç il ərzində onun hər hansı bir işin düzgün olacağına inanmaq üçün beyni yuyulub.Zelenski indi ölkəsinin mövcud olmasının yeganə səbəbinə (ABŞ-ı nəzərdə tutur – red.) açıq şəkildə hücum edir", - deyə ABŞ vitse-prezidenti əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO