SON DƏQİQƏ: Zelenskiyə qarşı çevriliş HAZIRLANIR?

SON DƏQİQƏ: Zelenskiyə qarşı çevriliş HAZIRLANIR?

Hazırda oxunan: SON DƏQİQƏ: Zelenskiyə qarşı çevriliş HAZIRLANIR?

235697

Ukrayna danışıqlar üzrə son “kozır”ı olan Kursku da itirmək üzrədir. Belə ki, Rusiya qoşunları ərazinin müəyyən hissəsini artıq öz nəzarəti altına alıb. Rusiya Prezidenti Vladimir Putin fevralın 19-da jurnalistlərə açıqlamasında bildirib ki, ona Rusiya Silahlı Qüvvələrinin əsgərlərinin Kursk vilayətində Ukrayna ilə sərhədi keçməsi barədə məruzə edilib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kurska ələ keçirilən ərazilərin Rusiya tərəfindən işğal edilən bölgələrlə mübadilə edilə biləcəyini açıqlamışdı. Əgər Ukrayna Kurska nəzarətə götürdüyü əraziləri itirərsə, faktiki olaraq danışıqlarda hər hansı tələb irəli sürmək imkanlarını da itirəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp Zelenskini “diktator” ADLANDIRDI


Digər tərəfdən, Zelenskinin danışıqlardan boyun qaçırıb, müharibəni davam etdirmək varinatını seçməsi də mümkündür. Bu ssenaridə əsas problem isə Ukraynanın dəstəkdən məhrum qalması ehtimalıdır. Belə ki, ABŞ Prezidenti Donald Tramp ən qısa zamanda sülhün əldə olunması üçün Zelenskinin özünü belə hədəf almaqdan çəkinmir. Avropa İttifaqı isə mütəmadi müzakirələr aparsa da, hələ də yekun qərara gələ bilmir. Kiyevin yardımsız və dəstəksiz qalması isə onun məğlubiyyətini birmənalı şəkildə qaçılmaz edəcək.

Belə olan halda, görəsən Zelenskini hansı aqibət gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirir ki, mövcud durumda Zelenskinin aqibəti Avropanın aqibətindən asılı olacaq. Avropanı da çətin günlər gözlədiyindən Ukrayna Prezidenti şanslı görünmür:

“Zelenskinin aqibəti artıq Avropanın aqibəti deməkdir. Son zamanlar Fransa prezidenti Emmanuel Makronun əl-ayağa düşməsi və Avropanı hərbi əsaslarla dizayn edib, Rusiyanın qarşısına çıxarmağa çalışması onun Avropa liderliyini ələ keçirməyi hədəfləməsinə yönəlik addımlardır.

Proses onu göstərir ki, ABŞ prosesi baltalayırsa, onda Avropanın da uğurlu şəkildə addım atacağını güman etmək çətin məsələdir. Avropa İttifaqı daxilində İtaliya, Macarıstan, Slovakiyanın mövqeyi bir qədər fərqlidir. Yəni yaranmış vəziyyətdə Zelenski o qədər də şanslı görünmür”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO