Güclü qar İstanbulda həyatı iflic etdi - VİDEO

Güclü qar İstanbulda həyatı iflic etdi - VİDEO

Hazırda oxunan: Güclü qar İstanbulda həyatı iflic etdi - VİDEO

235636

İstanbulda ötən gündən yağan güclü qar həyatı iflic edib.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, qar Şimali Mərmərə şossesi, İstanbul hava limanı, Başakşehir və Arnavutköy ətrafında daha çox yağıb. Bu səbəbdən nəqliyyat vasitələri saatlarla yolda qalıb.

İşdən sonra evlərinə getmək istəyən vətəndaşlar məcburən metro dayanacaqlarına axın edib. Nəticədə izdiham yaşanıb.

İstanbul Valiliyi vətəndaşlara zərurət olmadıqca küçəyə çıxmamaq, şəxsi avtomobildən istifadə etməmək, qar təkəri olmayan şəxsi avtomobillərlə hərəkətə çıxmamaq barədə xəbərdarlıq edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO