ATƏT nümayəndəsi:

ATƏT nümayəndəsi: "jurnalistlərin faciəvi ölümü dəhşətli xəbərdir"

Hazırda oxunan: ATƏT nümayəndəsi: "jurnalistlərin faciəvi ölümü dəhşətli xəbərdir"

23561

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro bu gün Kəlbəcərdə Azərbaycan media mənsublarının minaya düşərək həlak olması ilə bağlı bəyanat verib.

Bizim.Media bu barədə ATƏT-in saytında məlumat verilib.

Bildirilir ki, Azərbaycan Dövlət Xəbər Agentliyi ("Azərtac") və Azərbaycan Dövlət Televiziyasında çalışan iki jurnalist Kəlbəcərdə bu gün xidməti vəziflərinin icra edərkən mina partlayışı nətiəsində həlak olublar.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail səfiri şəhid jurnalistlərlə bağlı başsağlığı verdi


"AzTV-nin rejissoru Emin Məmmədov daxil olmaqla bir neçə şəxs isə yaralanıb. Məhərrəm İbrahimov ve Sirac Abışovun faciəvi ölümü dəhşətli xəbərdir. Onların yaxınlarına və həmkarlarına dərin başsağlığı verirəm", -deyə Ribeiro bildirib.

ATƏT rəsmisi hüquq-mühafizə orqanlarının məsələylə bağlı cinayət işi açdığını qeyd edərək günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümidvar olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO