Yenə təyyarə qəzası - ÖLƏNLƏR VAR - VİDEO

Yenə təyyarə qəzası - ÖLƏNLƏR VAR - VİDEO

Hazırda oxunan: Yenə təyyarə qəzası - ÖLƏNLƏR VAR - VİDEO

235602

ABŞ-ın Arizona ştatında təyyarə qəzası baş verib. Qəza nəticəsində iki nəfər ölüb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.

Mənbə qeyd edir ki, hadisə Tukson şəhərinin yaxınlığında, Maranya dairəsində yerləşən hava limanının ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, havada “Cessna 172S” və “Lancair 360 MK II” tipli yüngül təyyarələr toqquşub. Qəzadan sonra təyyarələrdən biri təhlükəsiz eniş etməyə müvəffəq olub, digəri isə uçuş-enmə zolağına az qalmış yerə çırpılaraq yanmağa başlayıb.

Maranya polis idarəsi qəzada həlak olan iki nəfərin eyni təyyarədə olduğunu, digər təyyarədəki iki şəxsin isə sağ qaldığını açıqlayıb. Hadisənin səbəbləri araşdırılır.

 Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO