Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski dünən Ankaraya səfər edib və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, liderlər arasında danışıqlarla yanaşı, Türkiyə liderinin ukraynalı həmkarı Volodimir Zelenskini qarşıladığı anlar sosial şəbəkələrdə maraqla qarşılanıb və gündəmə çevrilib.
Belə ki, rəsmi qarşılanma mərasimi zamanı yağış yağdığından Ərdoğan çətirini Zelenski ilə paylaşıb və tərəflər çətirlə birgə foto çəkdirib.
Ərdoğanın bu jesti və sözügedən foto sosial şəbəkələrdə Türkiyənin Ukraynaya verdiyi dəstəyin simvolik ifadəsi olaraq şərh edilib.
Eyni zamanda, həmin foto iki ölkə arasında dost münasibətlərini gücləndirən detal olaraq qiymətləndirilib.
Xatırladaq ki, Ankaradakı görüşə paralel olaraq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar keçirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:30 / 19.02.2025
Ərdoğanla Zelenskinin FOTOSU gündəm oldu - VİDEO
Hazırda oxunan: Ərdoğanla Zelenskinin FOTOSU gündəm oldu - VİDEO
Hazırda oxunan: Ərdoğanla Zelenskinin FOTOSU gündəm oldu - VİDEO
235465
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.