NASA-dan HƏYƏCAN TƏBİLİ: Bir şəhəri məhv edə biləcək asteroid Yerə yaxınlaşır

NASA-dan HƏYƏCAN TƏBİLİ: Bir şəhəri məhv edə biləcək asteroid Yerə yaxınlaşır

Hazırda oxunan: NASA-dan HƏYƏCAN TƏBİLİ: Bir şəhəri məhv edə biləcək asteroid Yerə yaxınlaşır

235415

NASA-nın “2024 YR4” adlanan asteroidin yeni müşahidələrinin nəticələrinə əsasən, mütəxəssislər onun 22 dekabr 2032-ci ildə Yerlə toqquşma ehtimalının iki dəfə artdığını iddia ediblər.

Bizim.Media xəbər verir ki, əvvəllər ABŞ kosmik agentliyi bu riski təxminən 1 faiz hesab edirdi.

Kifayət qədər aşağı qalsa da, elm adamları asteroidin trayektoriyasını diqqətlə izləməyə davam edirlər.

“2024 YR4” aprel ayına qədər görünəcək. Bu müddət ərzində asteroid Beynəlxalq Asteroid Xəbərdarlıq Şəbəkəsinin yerüstü teleskopları ilə müşahidəni davam etdirəcək.

Yaxın gələcəkdə astronomlar James Webb orbital teleskopundan istifadə edərək asteroidi müşahidə etməyi planlaşdırırlar. Tədqiqatçıların fikrincə, “2024 YR4”ün infraqırmızı təsvirlərinin əldə edilməsi alimlərə bu göy cisminin ölçüsünü mümkün qədər dəqiq müəyyən etməyə imkan verəcək.

Həmçinin, NASA və ESA mütəxəssisləri “2024 YR4”ün uçuş istiqamətini ətraflı öyrənməyi planlaşdırır ki, bu da dəqiq ölçüləri ilə birlikdə onun Yer üçün yaratdığı təhlükəni dəqiqliklə qiymətləndirməyə kömək edəcək. Hazırda kosmik qayanın diametri 40-90 metr qiymətləndirilir.
 

Asteroidin yaratdığı təhlükənin Turin şkalası üzrə 3-cü səviyyə olduğu müəyyən edilib. Alimlərin “2024 YT4” ilə bağlı topladığı məlumatlar doğrudursa, o zaman asteroid 1908-ci ildə Yerə düşən “Tunquska” ilə eyni ölçüdə olacaq. Buna görə də toqquşmanın təsiri yerli səviyyədə çox nəzərə çarpa bilər. Asteroid zərbə sahəsinə ciddi ziyan vura bilər.


NASA bildirir ki, 2032-ci ildə bütöv bir şəhəri məhv edə biləcək böyük asteroidin Yerlə toqquşması ehtimalı 32-də 1-ə və ya 3,1%-ə yüksəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO