“Ukraynanın Səudiyyə Ərəbistanında keçiriləcək görüşə dəvət edilməməsi mənim üçün sürpriz oldu”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Ər-Riyad görüşü başa çatdı: ABŞ-Rusiya bu məsələlərdə RAZILAŞDI
Prezidentin sözlərinə görə, Ukrayna ABŞ və Rusiya Federasiyası arasında Ər-Riyadda keçiriləcək danışıqlara dəvət olunmayıb:
“Biz bu görüş barədə mediadan öyrəndik. Odur ki, Səudiyyə Ərəbistanına səfərimi ləğv etdim və ora getməyəcəyəm. Səfəri martın 10-a təxirə saldım”.
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanının paytaxtında Amerika və Rusiya nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Bizim.Media