Sabiq prezident vəzifədə olarkən arvadını döyürmüş

Sabiq prezident vəzifədə olarkən arvadını döyürmüş

Hazırda oxunan: Sabiq prezident vəzifədə olarkən arvadını döyürmüş

235367

Argentinanın keçmiş prezidenti Alberto Fernandes həyat yoldaşını döyməkdə ittiham olunur.

Bizim.Media xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Bildirilir ki, dünən, fevralın 17-də Argentinanın federal hakimi Xulio Erkolini keçmiş prezidenti vəzifədə olarkən həyat yoldaşı Fabiola Yanezi döyməkdə ittiham edib.

Keçən il məhkəməyə müraciət etdikdən sonra Erkolini işi araşdırmaq üçün yeddi ay sərf edib.

O, Alberto Fernandesə qarşı ittiham irəli sürmək üçün kifayət qədər sübutların olduğu qənaətinə gəlib. Hakim bildirib ki, o, prezident sarayında arvadını döyüb, boynundan tutub, sillələyib və s.

Hakim Erkolini keçmiş prezidentin 10 milyon peso (8 milyon dollar) hesablarını bloklayıb.
Xatırladaq ki, Alberto Fernandes 2019-2023-cü illərdə Argentinanın prezidenti olub. O, özünü Argentinanın "ilk feministi" adlandırıb, gender zorakılığını tənqid edib və ölkədə qadın işləri naziri postunu yaradıb. Alberto Fernandes hakimin qərarını şərh etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO