Mayk Tayson parkinson xəstəliyinə tutuldu

Mayk Tayson parkinson xəstəliyinə tutuldu

Hazırda oxunan: Mayk Tayson parkinson xəstəliyinə tutuldu

235311

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson parkinson xəstəliyinə tutulub.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, bu barədə tanınmış yutuber Ceyk Pol məlumat verib.

Bloqer 59 yaşlı “Dəmir Mayk” ləqəbli boksçunun yaddaş itkisindən əziyyət çəkdiyini, ötən il noyabrın 16-da keçirdikləri döyüşdən öncə dərman qəbul etdiyini və uzun müddətdir müalicə aldığını iddia edib.

M.Taysonun kumiri, məşhur mərhum boksçu Məhəmməd Əli də eyni xəstəlikdən əziyyət çəkdiyi üçün karyerasını başa vurmuşdu.

Qeyd edək ki, boksçular arasında keçirilən qarşılaşma C.Polun qələbəsi ilə yekunlaşıb. Görüş bu günə qədər ən çox izlənilən idman hadisəsi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO