“ABŞ-ın təklif etdiyi Ukraynanın mineral ehtiyatlarından istifadə haqqında müqavilənin şərtləri Almaniyanın Birinci Dünya Müharibəsindən sonra ödəməli olduğu təzminatlardan və İkinci Dünya Müharibəsindən sonra Berlin və Tokioya tətbiq olunan sanksiyalardan daha pisdir”.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Nəşr qeyd edib ki, Vaşinqtonun təklif etdiyi müqaviləyə əsasən, ABŞ Kiyevin resurs hasilatından əldə etdiyi gəlirin 50%-ni, habelə Ukraynanın üçüncü tərəflərə verdiyi bütün yeni lisenziyaların dəyərinin yarısını alacaq:
“Qanun layihəsi qəbul olunarsa, Trampın tələbləri Ukraynanın ÜDM-də Versal müqaviləsinə əsasən Almaniyaya tətbiq edilən təzminatlardan daha böyük paya bərabər olacaq”.
Qəzet həmçinin sazişin şərtlərini Ukraynanın ABŞ-ın hüquqi əsaslarla iqtisadi müstəmləkəsinə çevirməsinə bərabər olduğunu yazıb.
Xatırladaq ki, Donald Tramp göstərilən yardımların qarşılığı olaraq ABŞ-ın Ukraynanın mineral ehtiyatlarından istifadə etmək hüququnu təsbit edən saziş təklif edib. Zelenski isə sözügedən sazişi imzalamaqdan imtina edib.
Məlumat üçün bildirək ki, II Dünya Müharibəsindən sonra Almaniya ABŞ, Böyük Britaniya, Fransa və SSRİ arasında dörd hissəyə bölünmüşdü.
Bizim.Media
![“Ukraynaya Hitler Almaniyasından daha ağır şərtlər qoyulub” - ABŞ-ın təklif etdiyi sazişin DETALLARI “Ukraynaya Hitler Almaniyasından daha ağır şərtlər qoyulub” - ABŞ-ın təklif etdiyi sazişin DETALLARI](https://bizim.media/file/articles/2025/02/18/1739859076_5305799600600379203.jpg)
- A-
- A
- A+
Dünya
10:10 / 18.02.2025
“Ukraynaya Hitler Almaniyasından daha ağır şərtlər qoyulub” - ABŞ-ın təklif etdiyi sazişin DETALLARI
Hazırda oxunan: “Ukraynaya Hitler Almaniyasından daha ağır şərtlər qoyulub” - ABŞ-ın təklif etdiyi sazişin DETALLARI
Hazırda oxunan: “Ukraynaya Hitler Almaniyasından daha ağır şərtlər qoyulub” - ABŞ-ın təklif etdiyi sazişin DETALLARI
235278
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.