Türkiyədə qorxulu anlar: Aktrisaların olduğu təyyarəni ildırım vurdu

Türkiyədə qorxulu anlar: Aktrisaların olduğu təyyarəni ildırım vurdu

Hazırda oxunan: Türkiyədə qorxulu anlar: Aktrisaların olduğu təyyarəni ildırım vurdu

235258

Baş rollarda Devrim Özkan və Bige Önalın çəkildiyi “Her şey yolunda” filminin çəkilişləri üçün Bodruma uçan aktrisaların başına gözlənilməz hadisə gəlib. Özkan və Önal Sabiha Gökçendən Bodruma gedərkən TC-CRG qeydiyyatlı Boeing 737 təyyarəsinə mindikdən az sonra təyyarəni ildırım vurub.

Bizim.Media xəbər verir ki, bu barədə "mynet.com" saytı yazıb.

Bu qorxulu an iki sənətçini çox əsəbiləşdirib. Bir müddət göz yaşlarını saxlaya bilməyən Devrim Özkan və Bige Önal böyük panika yaşayıb.

Birsen Altuntaşın dediklərinə görə, çəkilişlərin 2 gün dayandırılmasına səbəb olan bu hadisədən sonra təyyarə sağ-salamat Sabiha Gökçen hava limanına qayıdıb.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO