“Nüvə enerjisi Ukraynanın təhlükəsizliyinin mühüm tərkib hissəsidir və Zaporojye atom elektrik stansiyası (AES) onun bir hissəsi olmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 17-də jurnalistlərlə videokonfransda bildirib.
O vurğulayıb ki, nüvə enerjisi olmasaydı, Ukrayna üç qış ardıcıl olaraq kritik vəziyyətdə olardı:
“Və nüvə enerjisi - bunlar da bizim üçün real təhlükəsizlik zəmanətləridir. Təhlükəsizlik zəmanətlərinə qayıtsaq, mənim bir sualım var: Bəs Zaporojye stansiyası? Məgər bu, bizim üçün Avropadan təhlükəsizliyə zəmanət deyil? Odur ki, təhlükəsizlik üçün bunlar vacib şərtlərdir”.
Qeyd edək ki, fevralın 4-də Zelenski tərəflərin ilk görüşündə Rusiya Federasiyasının işğal etdiyi Zaporojye AES-in azad edilməsi məsələsinə diplomatik yolla baxılacağını bildirib.Həmçinin Rafael Qrossi ilə görüş zamanı o, Rusiyanın Zaporojye atom elektrik stansiyasında işləyən iki ukraynalı energetiki girov götürdüyünü bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:38 / 17.02.2025
Zelenski: “Zaporojye AES Ukraynanın təhlükəsizliyinin mühüm tərkib hissəsidir”
Hazırda oxunan: Zelenski: “Zaporojye AES Ukraynanın təhlükəsizliyinin mühüm tərkib hissəsidir”
Hazırda oxunan: Zelenski: “Zaporojye AES Ukraynanın təhlükəsizliyinin mühüm tərkib hissəsidir”
235234
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.