Suriyada İŞİD-in başçılarından biri həbs edildi - FOTO

Suriyada İŞİD-in başçılarından biri həbs edildi - FOTO

Hazırda oxunan: Suriyada İŞİD-in başçılarından biri həbs edildi - FOTO

234961

Suriya Ümumi Kəşfiyyat Xidməti İŞİD terror təşkilatının Əbu əl-Haris əl-İraqi ləqəbi ilə tanınan başçılarından birini həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə SANA agentliyinə xüsusi xidmət orqanlarındakı mənbələr məlumat verib.

Onların məlumatına görə, əl-İraqi terror hücumlarının hazırlanmasına da cavabdeh olub.

Bundan başqa, o, Dəməşqin cənubunda yerləşən Seyyidə-Zeynəb məscidində Suriyanın yeni hakimiyyətinin təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan partlayışın təşkilatçılarından biri olub.

Qeyd edək ki, yanvarın 11-də Suriya təhlükəsizlik qüvvələri əməliyyat keçirib və nəticədə məsciddə terror aktının hazırlanmasında iştirak edən İŞİD üzvləri həbs edilib. Xüsusi xidmət orqanı “Suriyanın bütün dini icmalarına qarşı yönəlmiş cinayətkar əməllərlə mübarizədə bütün imkanlarından istifadə edəcəyinə” təminat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO