Məşhur amerikalı bloqer Eşli Sent Kler 5 ay əvvəl amerikalı milyarder İlon Maskdan uşaq dünyaya gətirdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, 26 yaşlı bloqer bu barədə “Fox News”a açıqlamasında danışıb.
"Uşağımızın məxfiliyini və təhlükəsizliyini qorumaq üçün bu barədə əvvəllər məlumat verməmişəm, lakin son günlərdə məlum oldu ki, tabloidlər mümkün zərərə baxmayaraq, bunu öyrənməkdə qərarlıdırlar. Mediadan xahiş edirəm ki, övladımızın şəxsi həyatına hörmət etsinlər və müdaxilə xəbərlərindən çəkinsinlər", - Eşli bildirib.
Qeyd edək ki, o, “The Babylon Bee” mühafizəkar xəbər portalının müəllifidir. Bloqerin “X” hesabında 1 milyon izləyicisi var.
Maskın daha 12 övladı da var. Onun Castin Uilsonla ilk evliliyindən altı, Siobhan Zilisdən üç, müğənni Qraymsdan üç övladı var.
Bizim.Media
![26 yaşlı bloqerdən SENSASİON AÇIQLAMA: İlon Maskdan uşağı var - FOTO 26 yaşlı bloqerdən SENSASİON AÇIQLAMA: İlon Maskdan uşağı var - FOTO](https://bizim.media/file/articles/2025/02/15/1739629576_5296369256872669025.jpg)
- A-
- A
- A+
Dünya
18:17 / 15.02.2025
26 yaşlı bloqerdən SENSASİON AÇIQLAMA: İlon Maskdan uşağı var - FOTO
Hazırda oxunan: 26 yaşlı bloqerdən SENSASİON AÇIQLAMA: İlon Maskdan uşağı var - FOTO
Hazırda oxunan: 26 yaşlı bloqerdən SENSASİON AÇIQLAMA: İlon Maskdan uşağı var - FOTO
234907
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.