BMT-də bayraqlar yarıya endiriləcək, sükut elan olunacaq

BMT-də bayraqlar yarıya endiriləcək, sükut elan olunacaq

Hazırda oxunan: BMT-də bayraqlar yarıya endiriləcək, sükut elan olunacaq

234899

BMT Yaxın Şərqdə davam edən münaqişədə həyatını itirən əməkdaşlarını anmaq üçün bayraqları yarıya endirəcək.

 

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında deyib.

 

Sözçü bildirib ki, beynəlxalq təşkilatın Nyu-Yorkdakı baş qərargahı ilə yanaşı, bütün ölkələrdəki ofislərində dalğalanan bayraqlar yarıya endiriləcək və bir dəqiqəlik sükut elan olunacaq.

 

Anım mərasimi noyabrın 13-də baş tutacaq.

 

Xatırladaq ki, son bir ay ərzində BMT Qəzza zolağında ən böyük humanitar təşkilatı olan Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 88-dən çox əməkdaşının həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO