Şimali Koreyadan ABŞ-a XƏBƏRDARLIQ – “Hərbi təhdidlərdən əl çəkməsə...”

Şimali Koreyadan ABŞ-a XƏBƏRDARLIQ – “Hərbi təhdidlərdən əl çəkməsə...”

Hazırda oxunan: Şimali Koreyadan ABŞ-a XƏBƏRDARLIQ – “Hərbi təhdidlərdən əl çəkməsə...”

234850

“Amerika Birləşmiş Ştatları təhlükəsizliyini yalnız o halda təmin edə bilər ki, digər ölkələrə qarşı hərbi təhdidlərdən və düşmənçilik siyasətindən əl çəksin”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Demokratik Respublikasınının Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
 

"Əgər Birləşmiş Ştatlar həqiqətən öz ərazisinin təhlükəsizliyi ilə bağlı narahatlıq hiss edirsə, onu yüngülləşdirməyin yeganə yolu hərbi təhdidlərdən və müstəqil suveren dövlətlərə qarşı düşmənçilik siyasətindən ardıcıl olaraq əl çəkməkdir".


Məlumatda qeyd olunub ki, KXDR silahlı qüvvələrinin potensialının artırılması bütün cari və gələcək təhdidlərin qarşısını almağa imkan verir:

“KXDR-in addımları bölgədə strateji pariteti təmin edir ki, bu da suveren dövlətin özünümüdafiə hüququdur. Birləşmiş Ştatlar isə öz ərazisini qorumaq adı altında raketdən müdafiə sisteminin yaradılmasını təşviq edir, lakin əslində bu addımlar digər ölkələrə qabaqlayıcı zərbə endirmək və kosmosu hərbiləşdirmək məqsədi daşıyır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO