ABŞ-la Çin arasında mübarizə başlanıb – Hərbi münaqişə gözlənilirmi? 

ABŞ-la Çin arasında mübarizə başlanıb – Hərbi münaqişə gözlənilirmi? 

Hazırda oxunan: ABŞ-la Çin arasında mübarizə başlanıb – Hərbi münaqişə gözlənilirmi? 

23481

“Pekinin artan gücü ABŞ-ı ciddi narahat edir”.

Bizim.Media xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

ÇİN Amerikanı diz çökdürür – İqtisadi liderə çevrilir 


O, beynəlxalq birlik və ekspert dairələrinin iki güc – ABŞ-la Çin arasındakı mübarizədə kimin qalib gələcəyəyini proqnozlaşdırmağa çalışdığını bildirib: 

“SSRİ ilə mübarizədə ABŞ qalib gəldi. Çünki ABŞ SSRİ-ni daxildən zəiflətməyə nail oldu. Amerika Çinlə mübarizədə də eyni taktikadan istifadə etməyə çalışır. Ancaq Çinin müqaviməti daha uzun çəkəcək. Rəsmi Kreml bu mübarizədə Amerikanın qalib gəlməsini istəmir. Kreml eyni zamanda Çinin Rusiyadan üstün olmasında da maraqlı deyil”.

Politoloq qeyd edib ki, Moskvada ABŞ-Çin qarşıdurmasını ciddi izləyir və analiz edirlər. O, Rusiyanın məşhur “Valday” diskussiya klubunun ABŞ-Çin münasibətləri barədə hazırladığı son hesabatın diqqəti çəkdiyini qeyd edir. 

Hesabatda münasibətlərin gələcək inkişafı ilə bağlı proqnozlar belədir: 

“Amerika Çinə təzyiqi davam etdirəcək. Vaşinqtonun əsas məqsədi ABŞ-ın dünyadakı hegemonluğuna mane olan Çinin təsir imkanlarını minimuma endirməkdir. Amerikanın beynəlxalq aləmə təsir imkanları azalmamalıdır. Buna baxmayaraq, Amerikanın Çinlə rəqabəti açıq qarşıdurmaya və hərbi münaqişəyə çevrilməyəcək”.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO