"Pivə qarnı" orqanizmdəki proseslərə mənfi təsir göstərir.
Bizim.Media “İzvestiya”ya istinadən xəbər verir ki, tibb elmləri namizədi və dietoloq Andrey Bobrovski bu barədə danışıb.
Bobrovski qeyd edib ki, "Pivə qarnı" qarın boşluğunun içərisində yerləşən böyük miqdarda visseral yağlanmaya deyilir.
Mütəxəssisin fikrincə, bu yağ qarın boşluğunun içərisində bir çox daxili orqanlara və orqanizmdəki proseslərə mənfi təsir göstərdiyi üçün çox təhlükəlidir.
"Hətta tibbdə "metabolik sindrom" adlı bir xəstəlik var - bu, qarın boşluğunda yağla əlaqəli müxtəlif xəstəliklərin ümumi spektridir. “Pivə qarnı”nın yaranmasına yüksək kalori qəbulu səbəb olur. Doğrudur, pivə kalori səviyyəsinə görə digər spirtli içkilərdən geri qalır. Lakin pivə çox vaxt yüksək kalorili qəlyanaltılarla istehlak olunur. Bu qəlyanaltıların tərkibindəki duz da sağlamlığınız üçün zərərlidir. Yəni “pivə qarnının” yaranmasının səbəbi həddindən artıq kalori istehlakıdır”, - deyə dietoloq əlavə edib.
Digər dietoloq Sofiya Eliaşeviç isə bildirib ki, daxili orqanların ətrafında yerləşən visseral piylər orqanizm üçün az miqdarda lazımdır. Lakin onun artıqlığı ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.
Bizim.Media