ABŞ-dan Rusiyaya MÜHARİBƏ TƏHDİDİ: “Sülh sazişi ilə razılaşmasa...” - VİDEO

ABŞ-dan Rusiyaya MÜHARİBƏ TƏHDİDİ: “Sülh sazişi ilə razılaşmasa...” - VİDEO

Hazırda oxunan: ABŞ-dan Rusiyaya MÜHARİBƏ TƏHDİDİ: “Sülh sazişi ilə razılaşmasa...” - VİDEO

234700

“Rusiya prezidenti Vladimir Putin Ukraynanın uzunmüddətli müstəqilliyinə zəmanət verən sülh sazişi ilə razılaşmasa, ABŞ Moskvaya qarşı sanksiyalar və potensial hərbi əməliyyatlara başlaya bilər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın vitse-prezidenti JD Vens “Wall Street Journal”a müsahibəsində səsləndirib.
 

“Bizim iqtisadi alətlərimiz, o cümlədən Putinə qaşrı istifadə edə biləcəyimiz hərbi vasitələrimiz var. İstənilən sayda forma və variantlar mövcuddur. Lakin biz Ukraynanın suverenliyinə, müstəqilliyinə əhəmiyyət veririk”, - deyə ABŞ rəsmisi qeyd edib.


Xatırladaq ki, fevralın 13-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ-lı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub. Liderlər Ukraynadakı münaqişəni müzakirə ediblər və münaqişəyə sülh danışıqları yolu ilə son qoymaq barədə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO