Qırğızıstan-Tacikistan sərhədində vəziyyət kəskinləşdi

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət kəskinləşdi

Hazırda oxunan: Qırğızıstan-Tacikistan sərhədində vəziyyət kəskinləşdi

23453

Qırğızıstan və Tacikistan sərhədində vəziyyət yenidən kəskinləşib.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Xidmətdən deyiblər ki, dünən gecə Tacikistan tərəfi sərhədin Çon-Alay rayonunun (Oş vilayəti) Unju-Bulak ərazisində bir konteyner quraşdırmağa başlayıb. Qırğızıstan sərhədçiləri Tacikistan vətəndaşlarının Qırğızıstan ərazisinə 1 kilometr dərinliyə girdiyini söyləyib.

“Tacikistan tərəfdən hərbi personalın avtomobillərlə və yüngül zirehli texnika ilə toplandığına diqqət yetiririk”, deyə qurumdan bildiriblər.

Mənbə vurğulayır ki, hazırda sərhəddə vəziyyət gərgindir. Qırğızıstan ordusu xidmətin gücləndirilmiş versiyasına keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO