Daha bir təyyarə QƏZASI – ANBAAN VİDEO

Daha bir təyyarə QƏZASI – ANBAAN VİDEO

Hazırda oxunan: Daha bir təyyarə QƏZASI – ANBAAN VİDEO

234526

Fevralın 13-də ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus iki nəfərlik elektron döyüş təyyarəsi Kaliforniya ştatının San Dieqo sahillərində qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “AP News” məlumat yayıb.
 

Məlumata görə, “E/A-18G Growler” təyyarəsinin hər iki pilotu sağ qala bilib. Yerli  Sahil Mühafizəsinin sözçüsü bildirib ki, onlar “Premiere” balıqçı gəmisi tərəfindən xilas edilib. Pilotlar daha sonra yaxınlıqdakı Gömrük və Sərhəd Mühafizə gəmisinə köçürülüb.


ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmisi qeyd edib ki, iki ekipaj üzvü qəza zamanı təyyarədən katapult (ekipajın xüsusi texnikanın köməyi ilə təcili vəziyyətdə təyyarəni tərk etməsi üçün cihaz) yolu ilə çıxa bilib. San Dieqo Yanğın və Xilasetmə İdarəsinin məlumatına görə, onlar yerli xəstəxanaya aparılıb. Onların vəziyyəti stabildir.

San Dieqo limanında “Growler” gəmisinin qalıqları iki ABŞ Sahil Mühafizə gəmisi tərəfindən qorunur.

Qəzanın digər təfərrüatları və səbəbləri məlum deyil.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO