Hamburq aeroportu fəaliyyətini DAYANDIRDI

Hamburq aeroportu fəaliyyətini DAYANDIRDI

Hazırda oxunan: Hamburq aeroportu fəaliyyətini DAYANDIRDI

234472

Noyabrın 4-də axşam Hamburq aeroportuna avtomobillə silahlı şəxs daxil olub.

 

Sfera.az “Bild am Sonntag”a istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 20:00-da baş verib.

 

Aeroporta daxil olan şəxs iki dəfə havaya atəş açıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərlə əlaqədar aeroportda uçuşlar dayandırılıb. Federal Polisin mətbuat katibi Tomas Qerbert bildirib ki, bundan əvvəl kişinin həyat yoldaşı polisə müraciət edib, uşağının əri tərəfindən oğurlandığını bildirib.

 

Hadisə yerinə Hamburq polis qüvvələri cəlb olunub, həmin şəxslə əlaqə yaradılıb və hazırda danışıqlar davam edir. Kişinin yanında minimum bir uşaq olduğu bildirilib.

 

Hüquq-mühafizə orqanları hadisənin qəyyumluqla bağlı olduğunu ehtimal edir.

 

Həmin şəxsin polisdən onu təyyarə ilə Türkiyəyə göndərməyi tələb etdiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO