“Uşaqlarda yad cismin udulması halı yaşanarsa, valideynlər öncə çöpçüyə yox, mütəxəssislərə müraciət etsinlər”.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev “Uşaqlarda yad cismin udulması” mövzusunda danışarkən bildirib.
Cərrah qeyd edib ki, sadəcə çöpçüyə inanan valideynlərin uşağının "çöpü qalır".
O bildirib ki, tibbi savadı olmayan şəxslərin sözügedən halla əlaqədar uşaqlara müdaxiləsi düzgün deyil:
“Bu işlə mütəxəssislər məşğul olmalıdır. Əgər uşaq yad cisim udubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki çöpçülər həyati təhlükə yarada biləcək hallara yol verir. Biz çöpçülərdən gələn ağır halları görürük”.
Bizim.Media
![Nazirlikdən çöpçülərlə bağlı valideynlərə MÜRACİƏT Nazirlikdən çöpçülərlə bağlı valideynlərə MÜRACİƏT](https://bizim.media/file/articles/2025/02/12/1739361426_5289914853034681888.jpg)
- A-
- A
- A+
Dünya
16:12 / 12.02.2025
Nazirlikdən çöpçülərlə bağlı valideynlərə MÜRACİƏT
Hazırda oxunan: Nazirlikdən çöpçülərlə bağlı valideynlərə MÜRACİƏT
Hazırda oxunan: Nazirlikdən çöpçülərlə bağlı valideynlərə MÜRACİƏT
234426
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.