Rusiya Ukraynaya hansı silahlarla zərbə endirib? - TƏFƏRRÜAT - FOTO/VİDEO

Rusiya Ukraynaya hansı silahlarla zərbə endirib? - TƏFƏRRÜAT - FOTO/VİDEO

Hazırda oxunan: Rusiya Ukraynaya hansı silahlarla zərbə endirib? - TƏFƏRRÜAT - FOTO/VİDEO

234377

Fevralın 12-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə 123 PUA və ballistik raketlərlə hücum edib. Onlar aviasiyadan istifadə etməklə vurulub.

Bizim.Media Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına istinadla xəbər verir ki, Rusiya ordusu “İsgəndər-M” ballistik raketləri ilə Kiyev və Krivoy-Roq şəhərlərinə hücum edib.
Zərbələrin altısı Bryansk vilayətindən, biri isə işğal olunmuş Krımdan həyata keçirilib.
 

Rusiya ordusu, həmçinin 123 “Şahed” tipli hücum pilotsuz uçan aparatı və digər dron simulyatorları ilə Ukraynaya hücumlar edib.


Düşmənin hava hücumunun dəf edilməsinə aviasiya, zenit-raket bölmələri, elektron döyüş sistemləri, habelə Hərbi Hava Qüvvələri və Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları cəlb olunub.

Saat 08:30-a olan məlumata görə, Xarkov, Poltava, Sumı, Kiyev, Çerkassk, Çerniqov, Kirovoqrad, Jitomir, Dnepropetrovsk, Xerson və Nikolayev vilayətlərində altı “İsgəndər-M” ballistik raketinin və 71 “Şahed” tipli hücum pilotsuz aparatının vurulması təsdiqlənib.

Rusiya ordusunun hücumları nəticəsində Kiyev, Sumı, Poltava və Çerniqov vilayətləri, həmçinin Krivoy- Roq şəhərinə ziyan dəyib.

Ötən gecə Rusiya ordusu şimal-şərq istiqamətindən ballistikadan istifadə edib. Fevralın 12-də səhər saatlarında paytaxt Kiyevə raket zərbəsi endirilib. Obolonsk rayonuna edilən hücum nəticəsində iki inzibati binaya ziyan dəyib, binalardan birində yanğın baş verib, həmçinin bir nəfər həlak olub və dörd sakin, o cümlədən bir uşaq yaralanıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO