Tramp ABŞ-ın bu ölkələrdəki konsulluqlarını bağlayır

Tramp ABŞ-ın bu ölkələrdəki konsulluqlarını bağlayır

Hazırda oxunan: Tramp ABŞ-ın bu ölkələrdəki konsulluqlarını bağlayır

234334

ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq üçün ölkənin bir neçə konsulluğunu bağlaya bilər.

Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə axşamı NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, söhbət Sakit okean adaları, Kanada və Meksikadakı, həmçinin Avropada, xüsusilə Almaniya və Fransadakı konsulluqlardan gedir.

Telekanal qeyd edir ki, Tramp artıq bu təşəbbüslə tanış olub, lakin onun həyata keçirilmə vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib. Dövlət Departamenti isə öz növbəsində konsulluqlardan fəaliyyətləri ilə bağlı məlumat tələb edib.

Qeyd edək ki, Trampın inauqurasiyasından dərhal sonra, milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi İdarəsi (DOGE) ABŞ büdcəsinin xərclər bölmələrinin genişmiqyaslı yoxlanışına başlayıb. Ümumilikdə, iş adamı dövlət xərclərini 2 trilyon dollar azaltmağı planlaşdırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO