SON DƏQİQƏ: Rusiya Kiyevə raket zərbələri endirir - FOTO

SON DƏQİQƏ: Rusiya Kiyevə raket zərbələri endirir - FOTO

Hazırda oxunan: SON DƏQİQƏ: Rusiya Kiyevə raket zərbələri endirir - FOTO

234333

Rusiya ordusu Kiyevə raket zərbələri endirib. 

Bizim.Media xəbər verir ki, şəhərdə bir neçə güclü partlayış baş verib.

Nəticədə bir çox binalar zədələnib. Şəhərdə güclü tüstü yaranıb. Ehtimallara görə, şəhər Bryansk vilayətindən ballistik raketlərlə vurulub.

Faktı Ukrayna Hərbi Hava Qüvvələri təsdiqləyib. Əsas dağıntı və yanğın Qoloseyevski və Podolski rayonlarında qeydə alınıb. Zərərçəkənlər barədə məlumatlar müəyyənləşdirilir və hadisə yerinə xidmətlər göndərilir.

Hava hücumu xəbərdarlığı edilib. Sakinləri sığınmağa çağırıblar. Hakimiyyət orqanları Rusiyanın raket zərbəsi və onun dəf edilməsi nəticəsində paytaxtda yanğınların baş verdiyini açıqlayıb.

Alınan son məlumata görə, Kiyevə endirilən raket zərbələri nəticəsində bir nəfər həlak olub.
9 yaşlı qız isə xəstəxanaya yerləşdirilib.

Yanğınların Kiyevin beş rayonunda baş verdiyi bəlli olub: Solomenski, Svyatoşinski, Qoloseyevski, Podolski və Obolonski.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti sosial şəbəkələrdə Obolonski rayonunda güclü yanğının baş verdiyi barədə məlumat yayıb: inzibati binanın 7 mərtəbəsi yanır. Orada bir nəfər ölüb.

Kiyev meri Vitali Kliçko bildirib ki, doqquz yaşlı qız da daxil olmaqla 3 nəfər yaralanıb. Kiyevin Qoloseyevski rayonunda, Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, 600 kvadratmetr sahəni əhatə edən anbar yanır. Solomenski rayonunda yaşayış binasının damında yanğın baş verib. Svyatoşinski rayonunda Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, dağıntı qeydə alınıb, tələfat yoxdur və xilasedicilər fəsadlar barədə heç bir məlumat verməyiblər.

Dövlət Fövqəladə Hallar Xidməti və yerli hakimiyyət orqanları heç bir hədəfə birbaşa raketin dəymədiyini bildirib. Yanğınlar raket dağıntılarının düşməsindən sonra baş verib. 
 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO